20 yanvar – Ümumxalq hüzn günü
1990-ci il yanvarın 20-də saat 00:20 radələrində Azərbaycan SSR-nin Ali Sovetinin razılığı olmadan sayca 20 mindən çox olan, SSRİ-nin başqa regionlarandan gəlmiş Sovet qoşunları Bakı şəhərinə soxuldular. Bununla da SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına və vəhşiliklə pozulmuş oldu.
Nəticədə 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Bunların içində asudə insanlar: gənclər, uşaqlar, qocalar və qadınlar da var idi.